About us
Layihələrimiz
Əlaqə
Ümumi məlumat
Beyli Group şirkəti 2012-ci ildə fəaliyyətə başlayan və özündə müxtəlif istiqamətləri birləşdirən bir qrup şirkətidir. Qrupa bir neçə şirkət daxil olmaqla əsasən, biznes konsaltinq, o cümlədən, hüquq, insan resursları, mühasibatlıq üzrə məsləhət xidmətləri, sığorta sahəsində yardımçı fəaliyyət, habelə sığorta vasitəçiliyi xidmətləri, İT həllər üzrə geniş xidmət çeşidini, o cümlədən bütün növ internet və mobil layihələrin həyata keçirilməsini, eyni zamanda internet marketing üzrə geniş xidmətləri göstərməkdədir. Həmçinin, qrup daxilində onlayn xidmətlər üzrə bir neçə internet portallar fəaliyyət göstərməkdədir.
Bundan əlavə, Beyli Group şirkəti, sənayə alpinizmi və ekstremal turizm, marketinq və satış, idxal və ixrac sahəsində fəaliyyət göstərən bir neçə şirkətin həmtəsisçisidir.
CEO
CEO
CEO
Beyli Group
Baş Direktor - Mustafa Aslan oğlu Abbasbəyli
Mustafa Aslan oğlu Abbasbəyli 27.09.1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulmuşdur.
1987-ci ildə 4 saylı Gəncə şəhər orta məktəbə daxil olmuşam, 1991-ci ildə 5 saylı Gəncə şəhər orta məktəbə, 1995-ci ildə 12 saylı Gəncə şəhər orta məktəbə keçmiş və 1996-cı ildə oranı bitirmişdir.
1996-cı ildə Xəzər Universitetinin Hüquq və Sosial Elmlər fakültəsinə daxil olub, 2000-ci ildə “Beynəlxalq Hüquq” ixtisası alaraq oranı bitirmişdir.
2000-ci ildə Türkiyənin Egey Universitetinin Türk dili və ədəbiyyatı bölümünə daxil olub, 2001-ci ildə “Türk Dili” ixtisası alaraq oranı müvəffəqiyyətlə bitirmişdir. 2001-ci ildə Ankara Universitetinin Hüquq fakültəsinin maqistratura pilləsinə daxil olub, 2003-cü ildə “Xüsusi Hüquq” ixtisası alaraq oranı müvəffəqiyyətlə bitirmişdir. 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutuna (əvvəlki adı-Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu) aspirant olaraq daxil olub, 2009-cu ildə “12.00.03 - mülki hüquq; ailə hüququ; sahibkarlıq hüququ; mülki proses; beynəlxalq xüsusi hüquq” ixtisası üzrə hüquq üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir.
Hüquq üzrə fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsinə malikdir. 2012-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində, Elmlər Doktoru proqramı üzrə dissertasiya müdafiə etməkdədir.
40-dan artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifidir. 2007-ci ildən etibarən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. 2010-cu ildən etibarən Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür. 2013-cü ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetin Maliyyə və Maliyyə İnstitutları kafedrasında müəllimdir. 2015-ci ildən etibarən Kaspian Avropa Klubunun İdarə Heyətinin Üzvü, həmçinin Vergi və Gömrük Komitəsinin Sədridir.
2016-cı ilin aprel ayından etibarən "Beyli Group" şirkətinin rəhbəridir.
Evlidir, 2 övladı var.
Profam
Baş Direktor – Musa Nəsibov
Beyli Tech
Baş Direktor – Adil Kəmaləddin oğlu Əliyev
Adil Kamaləddin oğlu Əliyev 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur.
2005-ci ildə 219 nömrəli orta məktəbi bitirmişdir.
2005-cı ildə “Hüquqşunas” ixtisası üzrə, Xəzər Universitetini bitirmişdir.
İş təcrübəsi:
- 2006-2007-ci illərdə “AzHiNET” şirkətində veb mütəxəssisinin köməkçisi;
- 2008-2010-ci illərdə “Yumroo” şirkətində veb mütəxəssisi;
- 2010-2014-cü illərdə Moskva şəhərində “Promosila” şirkətində veb şöbəsinin rəhbəri vəzifələrində fəaliyyə göstərmişdir. Bitrix sistemi üzrə sertifikatlaşdırılmış mütəxəssisdir
- 2015-ci ilin fevral ayından etibarən "BeyliTech" şirkətinin rəhbəridir.
Missiyamız
Müasir texnologiyalardan istifadə etməklə ən yeni keyfiyyət standartlarına uyğun xidmətlərlə fərqlilik yaradaraq, müştərilərimizin məmnuniyyətini ən üst səviyyədə qazanmaq, bununla da Azərbaycanda və beynəlxalq aləmdə nüfuzlu və etibarlı bir qurum olmaq. Eyni zamanda Azərbaycanın rifahı və iqtisadi inkişafına töhfə verərək ölkəmizlə birgə böyüməkdir.
Dəyərlərimiz
- Qarşılıqlı hörmət, inam və komanda ruhunda fəaliyyət göstərmək;
- Müştərilərimizi məmnun etməyi əsas vəzifə kimi qəbul etmək;
- Kəmiyyəti yox, keyfiyyəti əsas tutaraq hər zaman irəlidə olmağı qarşımıza məqsəd qoymaq;
- Görülən bütün işlərdə və şəxsi həyatımızda qrup imicinə uyğun davranmaq;
- Fəaliyyətimizdə iqtisadi maraqdan əlavə sosial və ictimai maraqları qorumaq;
- Korporativ sosial məsuliyyət istiqamətində aktiv olmaq.
Xidmətlərimiz
Beyli Tech
- Saytların və mobil tətbiqlərin hazılanması
- Qrafik dizayn
- Sosial Media Marketinq
- 3d və multimedia
- İnternetdə reklam
- İT dəstək
Profam
- İstənilən icbari növlər üzrə sığorta satışı
- İstənilən könüllü növlər üzrə sığorta satışı
- Sığorta ödənişinin alınmasında dəstək
- Sığorta hadisələrinin araşdırılması
- Survey xidmətlərinin göstərilməsi
Üzvlüklərimiz
Beyli Group şirkəti Caspian Avropa Clubunun Gümüş üzvüdür.
Qrup şirkətləri
“Beyli Tech” şirkəti İT həllərin hazırlanması üzrə peşəkarlardan ibarət gənc komandadır. Şirkətin əsas fəaliyyəti saytların qrafik dizaynı və yığılması, təşviqi, web dəstəyi, mobil əlavələrin hazırlanması, hosting xidmətlərinin təklifi və bir çox əlavə xidmətlərdən ibarətdir. Şirkətin məqsədi yalnız saytların yığılması deyil, gözəl, unikal və rahat olan internet layihələr hazırlamaqdır.
Profam şirkəti, sığorta sahəsində yardımçı fəaliyyət və sığorta vasitəçisi xidmətlərini həyata keçirdən peşəkar şirkətdir. Şirkətin əsas fəaliyyət istiqamətləri, könüllü və icbari sığorta növlərinin satışının təşkil edilməsi, sığorta müqavilələri bağlanan zaman sığorta predmetinə baxışın keçirilməsi, dəyərinin müəyən edilməsi, habelə sığorta hadisələrinin araşdırılması, dəymiş zərərin müəyyən edilməsi və bu kimi digər xidmətlərin həyata keçirilməsindən ibarətdir.
Pulsuz elanların yerləşdirilməsi, onlayn ödənişlərin təşkil edilməsi, müxtəlif növ fəaliyyət obyektlərinin xəritə üzərində axtarışının təşkil edilməsi və bu kimi digər onlayn xidmətlərin göstərilməsini təşgil edən peşəkar internet resursdur.
Bir çox sığorta növləri üzrə sığorta müqavilərərinin onlayn şəkildə bağlanmasını, sığorta haqlarının onlayn şəkildə ödənməsini təşkil edən, eyni zamanda sığorta bazarına aid xəbərləri, şirkətlər barədə rəyləri, reytingləri və bir çox digər məlumatları əks etdirən peşəkar internet portaldır.
“LAYF” İctimai Birliyi tibb və təhsil sahəsində ehtiyac sahiblərinə kömək məqsədi ilə yaradılmışdır. Birlik bir neçə istiqamət üzrə fəaliyyət göstrməkdədir. Talassemiyalı insanlara köməklik edilməsi məqsədi ilə “Qəhrəman Donorlar” layihəsi; Aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsil və təcrübələrinin artırılması məqsədi ilə “Təhsilə dəstək” layihəsi; Tibbi yardıma ehtiyacı olan insanlara kömək məqsədi ilə “Sağlam həyat” layihəsi.